300 nüvə başlığımız var - Makron

Oxunma sayı: 390
7-02-2020, 19:33

300 nüvə başlığımız var - Makron
Fransa ordusunun arsenalında 300 civarında nüvə başlığı var.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Emmanuel Makron müdafiə strategiyasına dair açıqlamasında belə deyib. O bildirib ki, Avropada silahlanmaya nəzarət edən beynəlxaql qurum olmalıdır.

Makronun sözlərinə görə, o əvvəllər Avropanın təhlükəsizliyi barədə ABŞ-a etibar etməsə də, indi bu fikrindən daşınıb. “Avropanın təhlükəsizliyi ABŞ-la müttəfiq olmaqdan keçir” - deyə Makron bildirib.

Paylaş
Xəbər lentİ