Kənddə gecə əyləncəsi: 15 qız və oğlan içib… - Gənclərə “pis sürpriz”

Oxunma sayı: 479
9-02-2020, 05:35

Kənddə gecə əyləncəsi: 15 qız və oğlan içib… - Gənclərə “pis sürpriz”
İranın mühüm dini mərkəzlərindən sayılan Qum şəhərinin kəndlərindən birində gecə əyləncəsinə qatılan 15 qız və oğlan həbs edilib.

Arasdırma.info xəbər verir ki, bu barədə xəbər İran mediasında yayılıb.

Məlumata görə, polis Qumun Sələfçəqan kəndində yerləşən bağ evlərindən birində qız və oğlanların əyləncə təşkil etməsi barədə məlumat əldə etdikdən sonra sözügedən ərazidə əməliyyat keçirib.

Əyləncədə iştirak edən 15 qız və oğlan polis bölməsinə aparılıb.

Polis əməkdaşlarının bağ evində yoxlama apardığı, 1500 litrə qədər müxtəlif növ spirtli içki aşkarlayaraq götürdüyü bildirilir.

Tutulan gənclərin hazırda harada saxlanılması barədə məlumat yoxdur.

Şəriət qaydaları ilə idarə olunan İranda spirtli içki içmək, qadın və kişilərin əyləncə məclisi təşkil etməsi qadağandır.Teleqraf.com

Paylaş
Xəbər lentİ