Britaniyada 350 reys TƏXİRƏ SALINDI

Oxunma sayı: 389
16-02-2020, 03:04

Britaniyada 350 reys TƏXİRƏ SALINDI
"Siyara" fırtınasından sonra indi də "Denis" qasırğası Böyük Britaniyada tüğyan edir.

Arasdırma.info xəbər verir ki, “Easy Jet” və Britaniya Hava Yolları şirkətləri 350-dən çox uçuşu təxirə salıb və ya ləğv edib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yollarının da iş qrafikində dəyişikliklər olacaq.

Ölkənin Müdafiə Nazirliyinin əsgərləri daşqınlara qarşı müdafiə bəndləri qurmağa səfərbər edilib.

Əlverişsiz hava şəraiti səbəbindən Şotlandiya və Uelsdə bir çox idman yarışları təxirə salınıb.

Britaniya Hidrometeorologiya Mərkəzi ölkə ərazisində yüzlərlə daşqın xəbərdarlığı elan edib.//Axar.az

Paylaş
Xəbər lentİ