Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib

Oxunma sayı: 413
16-02-2020, 18:09

Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib
Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə , bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib. Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın "Bəşirov və tərəfdaşları" vəkillər kollegiyasına rəhbərlik edib.

Paylaş
Xəbər lentİ