Bezos pulunun 10 milyard dollarını paylayacaq

Oxunma sayı: 424
18-02-2020, 23:48

Bezos pulunun 10 milyard dollarını paylayacaq
Dünyanın ən varlı adamı, Amazon şirkətinin baş direktoru Cef Bezos planetdəki iqlim dəyişikliyini həll etmək üçün Yer Fondunun yaradılacağını açıqlayıb.
Arasdırma.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, instagram hesabında yazıb. Milyarder 2020-ci ilin yayında qrant verməyə başlayacaq. Bu məqsədlə Bezos 10 milyard dollar ayıracaq.

Biznesmen araşdırılan bütün metodları inkişaf etdirmək, iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizə aparmaq üçün yeni üsullar tapmaq niyyətində olduğunu bildirib.

Ayrılan vəsaiti alimlər, fəallar, habelə qeyri-hökumət təşkilatları alacaq.qaynarinfo

Paylaş
Xəbər lentİ