İranda növbəti zəlzələ, Vanda 9 ölü, 50 yaralı

Oxunma sayı: 424
24-02-2020, 05:40

İranda növbəti zəlzələ, Vanda 9 ölü, 50 yaralı
Saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib.

Qeyd edilir ki, 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

***

İranda baş verən güclü zəlzələ Türkiyənin Van şəhərində tələfat və dağıntılara səbəb olub.

Daxili İşlər naziri Süleyman Soylu 3-ü uşaq olmaqla 7 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

Nazir hadisə yerində AFAD əməkdaşlarının işlədiyini bildirib.

***

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu zəlzələ nəticəsində ölənlərin sayının 8-ə çatdığını deyib.

Onun sözlərinə görə, 21 nəfər yaralı var. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Van valisi Məhməd Əmin Bilməz dağıntılar altında qalanların daha olmadığını deyib.

***

Vandakı zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Xoca məlumat verib.

“9 vətəndaşımız həlak olub, 37 yaralımız var. Vəziyyəti ağır olan 9 yaralımız üçün hər cür səy göstəririk”, - nazir bildirib.

***

İranın Qərbi Azərbaycan əyalətində 4,1 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla 17:58-də qeydə alınıb.

Hələ ki tələfat və dağıntı haqda məlumat verilmir.

***

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Xoca bildirib.

"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki xəstə reanimasiyadadır", - nazir bildirib.

Paylaş
Xəbər lentİ