İranda ölənlərin sayı artdı - Prezident təşvişdədir

Oxunma sayı: 396
27-02-2020, 17:03

İranda ölənlərin sayı artdı - Prezident təşvişdədir
Çinin Hubey əyalətində ortaya çıxan yeni tip koronavirus dünya miqyasında 82 mindən çox insana yoluxub.

Sehiyye.info xəbər verir ki, bu zamana qədər 2 min 807 nəfər epidemiyadan dünyasını dəyişib.

Rəsmi rəqəmlərə görə, İranda 26 nəfər koronavirusun qurbanı olub. Diaqnoz qoyulanların sayı isə 245-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının Prezidenti Tedros Adanom Qebreyesus verdiyi açıqlamada koronavirusun İran, İtaliya və Cənubi Koreyada ani artımından dərin narahatlıq keçirdiklərini bildirib.Publika.az

Paylaş
Xəbər lentİ