Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı

Oxunma sayı: 407
28-02-2020, 17:40

Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb. 365.AZ

“Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.

Paylaş
Xəbər lentİ