Türkiyə 100 mindən çox suriyalı qaçqını Avropaya buraxıb

Oxunma sayı: 364
2-03-2020, 03:17

Türkiyə 100 mindən çox suriyalı qaçqını Avropaya buraxıb
100 mindən çox qaçqın sərhədlərin onların üzünə açıq elan olunması barədə rəsmi Ankaranın verdiyi qərardan sonra Türkiyə-Avropa Birliyi sərhədini keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

“Yerli vaxtla saat 19:40-a (Bakı vaxtı ilə 20:40) olan məlumata görə, Ədirnə vasitəsilə ölkəmizi tərk edən qaçqınların sayı 100 577 nəfərdir”, - deyə S.Soylu özünün “Twitter” səhifəsində yazıb.

O bundan əvvəl 76 mindən çox qaçıqının Türkiyəni tərk etdiyini yazmışdı.
“Reuters”in cümə günü yazdığına görə, Ankara dəniz və ya quru yolu ilə Avropaya keçmək istəyən suriyalı qaçqınların qarşısını almayacağı barədə qərar qəbul edib. Türkiyə polisinə, sahil mühafizəçilərinə və sərhəd buraxılış məntəqələrinə Suriyadan Avropaya qaçqın axınına mane olmamaq barədə göstəriş verilib. Bu qərar Suriyanın İdlib əyalətində cümə axşamından cümə gününə keçən gecə 36 türk əsgərinin ölümü ilə nəticələnən hava hücumunun ardından verilib.

Paylaş
Xəbər lentİ