Rusiya ordusu onlarla türk hərbçisini öldürdü

Oxunma sayı: 368
17-03-2020, 23:39

Rusiya ordusu onlarla türk hərbçisini öldürdü
“Rusiya ordusu Suriyada onlarla türkiyəli hərbçini öldürdü”.

Arasdırma.info xəbər verir ki, Türkiyənin NTV televiziyasının Vaşinqtona ezam olunmuş nümayəndəsinin sözlərinə görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo mətbuat konfransında belə açıqlama verib. Diplomatın sözlərinə görə, Suriyadakı vəziyyət Türkiyəyə ciddi təsir göstərir. “Buna görə də ABŞ müttəfiqi Türkiyəyə əlavə hərbi yardımlar etməyi düşünür” - deyə Pompeo bildirib. Amerikalı diplomat türkiyəli hərbçilərin nə vaxt və harda öldürüldüyünə dair açıqlama verməyib.

Qeyd edək ki, Suriya ordusunun İdlibə son hücumu nəticəsində 34 türkiyəli hərbçi həlak olub. Hərbi toqquşmalardan sonra Ankara və Moskvanın vasitəçiliyi ilə İdlibdə atəşkəs elan olunub.

Paylaş
Xəbər lentİ