Koronavirus dəhşəti: Buz meydançasını morqa çevirirlər

Oxunma sayı: 389
24-03-2020, 04:17

Koronavirus dəhşəti: Buz meydançasını morqa çevirirlər
İspaniya yoluxma və ölüm sayına görə Avropada İtaliyadan sonra ikincidir. Bugünədək orada 33 min adam yoluxub, ölənlərin sayı 2182-yə çatıb

Madriddə COVID-19 koronavirusundan ölənlərin meyitləri Buz sarayının meydançasında saxlanacaq.

Spuitnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İspaniya KİV yazzır.

İndiyədək Madrid müxtar icmasında 1263 nəfər virusun qurbanı olub. Bu, bütün ölkə üzrə ölənlərin yarısı deməkdir. Son sutka ərzində paytaxt regionunda 242 nəfər ölüb.

Español yazır ki, yerli hakimiyyət 1800 kv. m sahəsi olan buz meydançasını morq kimi istifadə etmək niyyətindədir.

Bazar ertəsi Madridin meri Xose Luis Martines Almeyda hökumətə müraciətində bildirib ki, yas büroları bundan belə situasiya ilə bacarmayacaq, çünki morqların işçilərinin koronavirusdan ölənlərin meyitləri işləmək üçün xüsusi kostyumları yoxdur. O, məktubunda qeyd edib ki, "işçilər meyitlərin hermetizasiyası və göndərilməsi ilə məşğul olmayacaqlar, çünki qoruyucu materialları artıq qalmayıb".



Paylaş
Xəbər lentİ