Çindən əcnəbilərlə bağlı - Şok qərar

Oxunma sayı: 355
27-03-2020, 06:27

Çindən əcnəbilərlə bağlı - Şok qərar
Çin Xalq Respublikası hökuməti xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyasının axınının qarşısını almaq üçün əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırmaq barədə qərar qəbul edib.

Arasdırma.info xəbər verir ki, qərara əsasən martın 28-dən etibarən qüvvədə olan vizası və yaşayış icazəsi olan bütün əcnəbilərin Çinə girişinə icazə verilməyəcək.

Çin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Administrasiyasının birgə yaydığı məlumatda bildirilir ki, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün Çinə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına viza üçün müraciət edə bilərlər.

Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması nəticəsində hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirib.Teleqraf.com

Paylaş
Xəbər lentİ