Koronavirusa görə bəzi ölkələrdə qoyulan ilginc qadağalar: “Evdə makiyaj edin, kişilərə deyinməyin…”

Oxunma sayı: 346
2-04-2020, 17:50

Koronavirusa görə bəzi ölkələrdə qoyulan ilginc qadağalar: “Evdə makiyaj edin, kişilərə deyinməyin…”
Artıq bir müddətdir ki, dünya ölkələri koronavirusa görə gücləndirilmiş karantin qaydaları tətbiq edir. Təbii ki, qaydalar bəzən ölkələrə görə dəyişir.

Məsələn, 1000-ə yaxın koronavirusa yoluxma müşahidə olunan Panamada qaydalar kişilər və qadınlara görə dəyişir. Belə ki, ötən gündən başlayaraq, qadın və kişilər fərqli günlərdə sadəcə 2 saatlığına evdən çölə çıxa bilir. Bazar günü isə heç kəs evdən çölə çıxa bilməz.

Kolumbiyada isə bəzi qəsəbələrdə insanlar yalnız şəxsiyyət vəsiqələrinin seriya nömrələrinə əsasən çölə çıxa bilir. Məsələn, Barrançabermeja qəsəbəsində yaşayan sakinlərdən şəxsiyyət vəsiqəsinin seriyası 0, 7 və 4 ilə bitənlər bazar ertəsi günləri, 1, 8 və 5 ilə bitənlər isə çərşənbə axşamı çölə çıxa bilir.

Həmçinin Bolivyada da bu cür qayda var.

Serbiyada hökumət ev itlərinin çölə çıxartma saatını yalnız 20:00-21:00 üçün təyin etmişdi. Lakin heyvan sahibləri buna etriaz etdikdən sonra hökumət bu qadağanı aradan qaldırıb.

Belarus prezidenti Lukaşenko isə koronavirusla bağlı ölkəsində önləyici tədbirlər görməyən liderlərdən biridir. Prezident hətta son açıqlamalarının birində
epidemiyaya vodka və sauna sayəsində qalib gələcəyini deyib. Qeyd edək ki, bu gün də Belarusiyada idman yarışları davam edir, əyləncə məkanları öz axarında işləyir. Hökumət vətəndaşlara bol-bol spirtli içki içmək və tez-tez saunaya getmələri üçün çağırış edir və xalqa sadəcə sosial məsafə saxlamaları tövsiyə edilir.

Lukaşenko şəxsən buz xokkeyində iştirak edib və idmanın ən yaxşı antivirus olduğunu deyib: “Ayaqlarımız üzərində ölmək, dizlərimiz üzərində yaşamaqdan yaxşıdır. Siz heç havada uçan virus görürsünüzmü? Mən də görmürəm. Çünki bura soyuducu kimidir”. Beləliklə də 1994-cü ilən bəri hakimiyyətdə olan Lukaşenko panepidemiyanın başlamasından bəri rahat davranışları ilə diqqət çəkir.

İsveçdə bu günə qədər 4947 nəfər koronavirusa yoluxub, 239 nəfər virusdan dünyasını dəyişib. Buna baxmayaraq hökumət çox təmkinli davranış nümayiş etdirir. Belə ki, koronavirusun yayılması səbəbindən karantin tətbiq edən və sakinləri evdə qalmağa çağıran Avropa və dünyanın digər ölkələrindən fərqli olaraq, İsveç vətəndaşlarının həyat tərzini əhəmiyyətli dərəcədə dəyişdirməməyə qərar verib. İsveçin dövlət epidemioloqu bu yaxınlarda ölkənin orta məktəbləri bağlamamaq qərarını müdafiə edərək bağlanışın "çox çətin bir tədbir" olacağını deyib. O vurğulayıb ki, belə olan halda tibb sahəsində çalışan vacib insanlar uşaqları ilə evdə qalmalı olacaqlar: “Bu tamamilə qəbuledilməzdir. Əgər səlahiyyətlilər təhsil müəssisələrini bağlasalar, o zaman məktəblilər çox sayda böyüklər ilə daha çox əlaqə quracaqlar, bu da infeksiyanın yayılmasına, o cümlədən yaşlılar arasında yayılma riskinin daha da artmasına gətirib çıxaracaq”.

İsveçin strategiyası daha çox yaşlı insanları və risk altında olanları qorumaqdır. Hökumət 70 yaşdan yuxarı vətəndaşlara və xroniki xəstəlikləri olan sakinlərə evdə qalmağı tövsiyə edir. Qalanlarına əgər mümkünsə evdən işləməyi və sosial qruplardan məsafəyə saxlamağı, ehtiyac deyilsə küçəyə çıxmamaq tövsiyə olunur.

İsveçdə bir çoxları hakimiyyətin koronavirusla mübarizəyə yanaşmasını kəskin tənqid edir. Umea Universitetinin virusologiya professoru Fredrik Elg yerli mətbuata müsahibəsində bunları deyib:

“Çox narahatam, Stokholmda karantin olmasını istərdim. Biz demək olar ki, dünyada infeksiyanın qarşısını almaq üçün heç cür səy göstərməyən yeganə ölkəyik. Bu çox ciddidir”.

Malayziya. Bir müddət bundan əvvəl Malayziya hökuməti ilginc açıqlaması ilə gündəmə gəlmişdi. Ölkədə koronavirusa qarşı mücadilə aparıldığı bir zamanda hökumət tərəfindən “qadınlar evdə gözəl geyinin, makiyaj edin və çox danışaraq ərlərinizi narahat etməyin” başlıqlı afişalar yayılması ciddi tənqidlərə səbəb olmuşdu. Nəticədə hökumət sonradan xalqdan üzr istəmişdi.

Türkmənistanda isə hökumət koronavirus sözünə qadağa qoyub. Məlumata görə ölkədə sağlamlıq haqqında məlumat kitabçalarından bu söz yığışdırılıb və onun mediada istifadəsinə icazə verilmir. Hətta RSF maska taxan və ya koronavirus haqqında danışan insanlar məxfi polis tərəfindən həbs oluna bilər. Hakimiyyət yerli mediaya tam nəzarət edir və xarici xəbər saytları bloklanır. Türkmənistan koronavirus hadisələrinin aşkar olunmadığını bildirir. Hakbuki qonşulqda yerləşən İranda minlərlə insan koronavirusa yoluxub, dünyasını dəyişib.

Avstriya. Ümumdünya Səhiyyə təşkiları sağlam insanların xəstə insanla ünsiyyətdə olmadığı halda tibbi maskadan istifadə etməsinə gərək olmadığını desə də Avstriya hölkuməti supermarketlərdə maskadan istifadə etmək tələbini qoyub. Bunun üçün hökumət əhalini milyonlarla maska ilə təmin edib.

Paylaş
Xəbər lentİ