Arasdirma.info

ABŞ-da dünyada ilk dəfə koronavirus pələngdə aşkarlandı

6-04-2020, 06:20

ABŞ-da dünyada ilk dəfə koronavirus pələngdə aşkarlandı
Nyu-Yorkun “Bronkssk” heyvanat parkındakı dişi pələngdə koronavirus testi müsbət nəticə verib.

Arasdırma.info “Report” a istinadən xəbər verir ki, bu barədə Vəhşi heyvanların Saxlanılması Cəmiyyətinin (WCS) bəyanatında deyilir.

"Dörd yaşlı Malayya pələngi “Nadi”də koronavirus aşkarlanıb. Onda, bacısı “Azul”da, iki Amur pələngi və üç Afrika şirində quru öskürək müşahidə olunur. Onların hamısının sağalacağı gözlənilir”, - press-relizdə deyilir.

“Biz ehtiyat tədbiri kimi pişik üzərində koronavirus testi keçirdik", - deyə xəbərdə əlavə edilib.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin milli laboratoriyası həmçinin dişi pələngdə koronavirusun mövcudluğunu təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN