Moskvada bütün işlər dayandırıldı - Bu gecədən..

Oxunma sayı: 379
10-04-2020, 23:01

Moskvada bütün işlər dayandırıldı - Bu gecədən..
Rusiyanın paytaxtı Moskvada bütün tikinti-abadlıq işləri şənbə günü gecə yarısından etibarən xüsusi xəbərdarlığa qədər dayandırılır.

Arasdırma.info xəbər verir ki, bu barədə Moskva meriyasının səlahiyyətli nümayəndəsi Petr Biryükov deyib.

“Moskva meriyasının təlimatı əsasında hazırda həm şəhər kompleksi təsərrüfatının qüvvələri, həm də podratçılar tərəfindən aparılan işlər xüsusi xəbərdarlığa qədər dayandırılır”, - deyə Biryükov bildirib.

O, yalnız təcili və təxirəsalınmaz, eləcə də şəhərin həyati əhəmiyyətli funksiyaları ilə bağlı işlərin istisna təşkil etdiyini söyləyib.

Qeyd edək ki, Moskvada bu gün 8 nəfər koronavirusdan dünyasını dəyişib. Ölənlər 39-84 yaş arası olan şəxslərdir.Axar.az

Paylaş
Xəbər lentİ