Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Oxunma sayı: 328
22-04-2020, 15:52

Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsini təklif edib.

Arasdırma.info xəbər verir ki, bu barədə M.Saakaşvili öz "Facebook" səhifəsində yazıb.

O, həmçinin baş nazir Denis Şmıqal ilə görüşdüyünü də deyib.

M.Saakaşvili Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və sabiq prezident Petro Poroşenkonun müşaviri işləyib.Unikal.org

Paylaş
Xəbər lentİ