İbrahimoviç fantastik qiymətə torpaq sahəsi aldı

Oxunma sayı: 361
23-04-2020, 16:32

İbrahimoviç fantastik qiymətə torpaq sahəsi aldı
İtaliyanın “Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç İsveç dağlarında torpaq sahəsi alıb.

Sports.ru xəbər verir ki, isveçli hücumçu 1000 hektar ərazi üçün 2,7 milyon avro (4,9 milyon manat) ödəyib.

Qeyd edək ki, bundan başqa, futbolçunun İsveçdə dağ-xizək kurortunda villası və ov evi var.

Paylaş
Xəbər lentİ