Mənsimovun səhhəti ağırlaşdı: yeriyə bilmir..

Oxunma sayı: 358
29-04-2020, 06:47

Mənsimovun səhhəti ağırlaşdı: yeriyə bilmir..
Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimovun səhhəti ağırlaşıb.

Arasdırma.info xəbər verir ki, bu barədə məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb.

Onun sözlərinə görə, Mübariz Mənsimov həbsindən öncə ağır əməliyyat keçirdiyi üçün həbsxanada olduğu müddətdə yarası iltihablanıb. Həmçinin bədənində şişlər, qaraciyərində problemlər yaranıb.

"Əməliyyatdan sonra həkim nəzarətində qalmalı olduğu halda həbsxanada immun sistemi çox zəifləyib. Koronavirusun sürətlə yayılması səbəbilə orqanizmi infeksiyaya açıq olan Mənsimovun həyati təhlükəsi var.

Bədəni çox yorulduğu üçün gəzməkdə belə çətinlik çəkir. Bütün qanuni təşəbbüslərə və tələblərə baxmayaraq, Mübariz Mənsimov hələ də xəstəxanaya göndərilməyib və yoxlanışlardan keçirilməyib. Özünü heç bir halda təmin edə bilmədiyi və həyati təhlükəsi olduğu üçün Silivri Həbsxanasının ağır şəraitində qalması mümkün deyil. Keçirdiyi əməliyyatlar, həkim nəzarətində qalmağına dair bütün tibbi arayışlar mövcud olsa da, hətta bu hesabatlar lazımi orqanlara təqdim edilsə də, Mənsimov hələ də xəstəxanaya yerləşdirilmir. Mübariz Mənsimovun hazırkı vəziyyəti ilə bağlı həbsinin ev həbsinə çevrilməsi lazımdır”, - F.Quliyeva qeyd edib.

Paylaş
Xəbər lentİ