Mixail Saakaşvili Ukraynada vəzifəyə təyin olundu

Oxunma sayı: 425
7-05-2020, 18:01

Mixail Saakaşvili Ukraynada vəzifəyə təyin olundu
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin rəsmi vəzifəyə təyinatı ilə bağlı fərman imzalayıb.

Arasdırma.nfo xəbər verir ki, sənədlə M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gürcüstan tərəfi M.Saakaşvilinin Ukraynada hər hansı bir rəsmi vəzifəyə mümkün təyinatına kəskin etiraz bildirib.
Politoloqların fikrinə əsasən ,Ukrayna Prezidentinin xalqa verdiyi sözü tuta bilməsi üçün möhkəm iradəli bir siyasətçiyə htiyac olduğundan bu qərar verilib.

Paylaş
Xəbər lentİ