Çindən ABŞ hücumlarına qarşı NÜVƏ HƏMLƏSİ: 1000-ə qədər raket...

Oxunma sayı: 348
9-05-2020, 08:17

Çindən ABŞ hücumlarına qarşı NÜVƏ HƏMLƏSİ: 1000-ə qədər raket...
ABŞ və Çin arasında koronavirus pandemiyasının yayılması ilə bağlı gərginliyin davam etdiyi, Prezident Donald Tramp başda olmaqla yüksək amerikalı rəsmilərin virusun yayılmasına görə Pekini hədəfə aldığı vaxtda Çin “hərbi arsenalı gücləndirməyin” vacibliyi haqda mesaj verir.

Arasdırma.info xəbər verir ki, Çin Kommunist Partiyasının ingilis dilində yayımlanan rəsmi media orqanı “Qlobal Tayms”da “Çinin nüvə başlıqlarının sayını 1000-ə qaldırması lazımdır” başlıqlı məqalə dərc olunub.

Nəşrin baş redaktoru Hu Xijin imzası ilə yayımlanan məqalədə bildirilir ki, Pekin Vaşinqtonun siyasəti qarşısında nüvə strategiyasına üstünlük verməlidir.

Bu məqalənin Trampın koronavirus pandemiyasını Pearl Harbor və 11 sentyabr hadisələri ilə müqayisə etməsinin dərhal ardınca yayımlanması diqqət çəkir.

Məqalədə qeyd olunur ki, nüvə başlıqlarının sayının artırılması məsələsinin müzakirəsinə zaman yoxdur, hər şey sürətlə həll olunmalıdır.

“Çin qısa zamanda sahib olduğu nüvə başlıqlarının və ballistik raketlərin sayını artırmalıdır. Böyük hərbi arsenala ehtiyac var”, - məqalədə bildirilir.Publika.az

Paylaş
Xəbər lentİ