Meşədə kabab çəkən məmur işdən qovuldu

Oxunma sayı: 416
12-05-2020, 04:54

Meşədə kabab çəkən məmur işdən qovuldu
Rusiyanın Novorossiysk şəhərinin vitse-meri Yekaterina Demçenko karantin qaydalarını kobud şəkildə pozduğuna görə işindən kənarlaşdırılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə şəhər meri İqor Dyaçenko İnstaqram səhifəsində məlumat yayıb.

O bildirib ki, Y.Demçenko 1 may – Əmək gününü qeyd etmək üçün yaxınları ilə şəhər kənarına yollanıb və təbiət qoynunda kabab çəkərək videogörüntülərini sosial şəbəkədə paylaşıb.

Dyaçenko köməkçisinin hərəkətini və insidentlə bağlı məlumatların şərh edilməsini yersiz sayıb:Teleqraf.com

Paylaş
Xəbər lentİ