90 yaşlı qadın fərqli məşğuliyyəti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO

Oxunma sayı: 349
14-05-2020, 04:25

90 yaşlı qadın fərqli məşğuliyyəti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
“Ginnesin Rekordlar Kitabı”nın ekspertləri 90 yaşlı Yaponiya sakini Hamako Morinini dünyanın ən yaşlı kompüter oyunları həvəskarı kimi təsdiq edib.


Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın rəsmi saytı məlumat yayıb.


H.Morini 39 ildir müxtəlif kompüter oyunları oynayır. Ən yaşlı oyunçu bildirib ki, azyaşlıların əlində oyun pultları görəndən sonra onda kompüter oyunlarına maraq oyanıb.


Yaşlı qadının “YouTube”da “Gamer grandma” kanalı var. 187 min istifadəçinin abunə olduğu kanala hər gün minlərlə müsbət şərh yazılır.


90 yaşlı yaponiyalı gününün yeddi-səkkiz saatını kompüter oyunlarına sərf edir və bu məşğuliyyətini vaxt itkisi hesab etmir.
90 yaşlı qadın fərqli məşğuliyyəti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO

Paylaş
Xəbər lentİ