Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"

Oxunma sayı: 345
26-05-2020, 06:08

Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
İqtisadiyyat ilə bağlı açıqladığı əksər proqnozları özünü doğruldan və "Doktor Qiyamət" ləqəbi ilə tanınan dünyaca məşhur iqtisadçı ekspert Nouriel Roubini koronavirus epidemiyasının yaradacağı mənfi təsirlər haqqında xəbərdarlıq edib.

Arasdırma.info xəbər verir ki, tanınmış iqtidsadçı qlobal iqtisadiyyatın koronavirus epidemiyası səbəbi ilə dərin böhran içində olduğunu və yaxşılaşmanın uzun illər çəkəcyini söyləyib.

ABŞ-lı iqtisadçı "Misli görünməmiş bir iqtisadi tənəzzülə uğradıq. Qlobal iqtisadiyyat bərpa olunsa da, böyümə çox aşağı səviyyədə qalacaq. 2008-ci ildəki böhranda sürətlə azalma üç illik bir dövrün sonunda oldu. Bu dəfə üç ayda deyil, üç həftə ərzində eyni nöqtəyə çatdıq. ən azı 10 il davam edəcək qlobal bir böhranla qarşı-qarşıyayıq" deyib.Moderator.az

Paylaş
Xəbər lentİ