Şimal qütbündə qorxunc fəallaşma: Buzlaqlar əriyir – Yer təhlükədə

Oxunma sayı: 401
22-06-2020, 19:24

Şimal qütbündə qorxunc fəallaşma: Buzlaqlar əriyir – Yer təhlükədə
Rusiyanın paytaxtı Moskvadan 4800 km şərqdə yerləşən Verxoyansk qəsəbəsi dünyanın ən soyuq bölgələri arasında yer alır.

Bölgədə orta hesabla mənfi 50 dərəcə temperatur müşahidə edilir.

1892-ci ildə temperatur -67.8 dərəcəyə düşüb. Bu gün isə qəsəbədə rekord həddə – 35.2 santiqrad temperatur qeydə alınıb. İyun ayı ərzində Verxoyanskda ən yüksək temperatur 20 dərəcə olub.

Şimal qütbündə yerləşən qəsəbənin 1.100 km şərqində yerləşən Çerskidə ötən həftə 30 dərəcə temperatur ölüçülüb.

Elm adamları bu qeyri-adi durumun çox böyük bir sahəni əhatə edən və “istilik künbəzi” adlandırılan yüksək təzyiqdən qaynaqlandığını bildirirlər.

Ötən il Sibirdə qeydə alınan yüksək temperatur buz təbəqəsinin əriməsinə və meşə yanğınlarının yaranmasına səbəb olmuşdu.

Sibir, Alyaska və Skandinaviyada son illərdə artan meşə yanğınları buz təbəqəsinin əriməsi ilə yanaşı, atmosferə böyük həcmdə karbon qazının daxil olmasına səbəb olur. Yanğınlar dəniz buzlaqları sahəsinin azalmasına şərait yaradır. \\Teleqraf

Paylaş
Xəbər lentİ