Arasdirma.info

Bu ölkədə seks işçiləri ayağa qalxdı: "Buraxın işləyək..."

4-07-2020, 10:36

Bu ölkədə seks işçiləri ayağa qalxdı: "Buraxın işləyək..."
Almaniyanın paytaxtı Berlində seks işçiləri hökumətin koronavirusa qarşı mübarizə tədbirlərinə etiraz ediblər.

Arasdırma.info xəbər verir ki, onlar fəaliyyətin məhdudlaşdırması səbəbiylə qazancsız qaldıqlarını əsas gətirərək paytaxtın mərkəzinə yığışıblar.

Parlamentin yuxarı palatası Bundesratın binası qarşısına toplaşan seks işçiləri "buraxın işləyək", "fahişəxanaları indi açın", "sənayimiz yer altına atılır" yazılan qırmızı çətir və plakatlar daşıyıblar.

Qeyd edək ki, Almaniyada seks işi qanunidir və hökumət tərəfindən tənzimlənir. Ancaq mart ayının ortalarından etibarən koronavirusla mübarizə çərçivəsində seks işləri qadağan edilib.//Teleqraf

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN