Ayağı kəsilən aktyor koronavirusdan öldü

Oxunma sayı: 467
7-07-2020, 05:29

Ayağı kəsilən aktyor koronavirusdan öldü
Amerikalı teatr və kino aktyoru Nik Kordero koronavirusdan vəfat edib.
Arasdırma.info xəbər verir ki, 41 yaşlı aktyor infeksiyanın ağırlaşması nəticəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.



Qeyd edək ki, sənətçi 3 ay əvvəl ağır vəziyyətdə Los-Ancelesdəki klinikaların birinə yerləşdirilmişdi. Ayağındakı qan dövranına görə müalicələrin effektsiz olduğunu bildirən həkimlər Nikin ayağını amputasiya etmişdilər.

Xatırladaq ki, aktyor "Ofisiant", "Mavi qan", "Qanun və qayda" kimi filmlərdə rol alıb.//Axşam.az

Paylaş
Xəbər lentİ