ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

Oxunma sayı: 416
7-07-2020, 22:26

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi
Rəsmi Vaşinqton xarici vətəndaşların Tibetə girməsini məhdudlaşdıran Çinin vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

Arasdırma.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Qeyd olunub ki, viza məhdudiyyətləri Çin hökuməti və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı tətbiq edilib.

ABŞ hökuməti hesab edir ki, Çinin vəzifəli şəxsləri Tibetin regionlarına xarici vətəndaşların getməsinin qarşısını almaq üçün mütəmadi olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər.//“Report”

Paylaş
Xəbər lentİ