Türkiyədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatdı

Oxunma sayı: 454
10-07-2020, 02:24

Türkiyədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatdı
Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb.

Arasdırma.info xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatıb.

Son sutka ərzində koronavirusa daha 1 024 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 209 962 nəfərə yüksəlib.

Son sutkada Türkiyədə 2 879 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 190 390 nəfərə yüksəlib.//Report

Paylaş
Xəbər lentİ