Nadir qorillanı öldürən şəxs 11 illik azadlıqdan məhrum edildi

Oxunma sayı: 457
31-07-2020, 15:50

Nadir qorillanı öldürən şəxs 11 illik azadlıqdan məhrum edildi
Uqandada nadir dağ qorillasını öldürən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, qoruq ərazisinə icazəsiz daxil olan şəxs bütün ölkədə məşhur olan Rafiki adlı qorillanı öldürüb. O, bu addımı özünümüdafiə məqsədilə atdığını deyib.

Amma həmin şəxs, həmçinin çöldonuzu və antilopu da öldürdüyünü etiraf edib.

Qeyd edək ki, nəsli kəsilməkdə olan dağ qorillalarının sayı minə yaxındır.

Paylaş
Xəbər lentİ