İstirahət edən 4 nəfərlik ailə ölü tapıldı

Oxunma sayı: 466
1-08-2020, 05:31

İstirahət edən 4 nəfərlik ailə ölü tapıldı
Rusiyanın Altay vilayətinə istirahətə gələnlər ölü tapılıb.

Arasdırma.info “Report”a istindən xəbər verir ki, hadisə turistlər üçün nəzərdə tutulan “Qlobus” düşərgəsində qeydə alınıb.

Belə ki, otaqların birindən qəribə qoxu gəlib, otağı açan işçilər biri azyaşlı uşaq olmaqla dörd nəfərin meyitini aşkar ediblər.

Qeyd olunub ki, ölənlər bir ailənin üzvüdür. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ