Aşan kran 9 nəfərin həyatına son qoydu

Oxunma sayı: 467
1-08-2020, 18:07

Aşan kran 9 nəfərin həyatına son qoydu
Hindistanda bir gəmiqayırma zavodunda aşan kran səbəbi ilə 9 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Arasdırma.info xəbər verir ki, Hindistanın Andhra Pradeş əyalətində baş verən hadisə zamanı kranın düşmə anı hadisənin nə dərəcdə dəhşətli olduğunu ortaya qoyub. Polis tərəfindən edilən açıqlamada hadisənin kranda 12 işçinin çalışdığı zaman baş verdiyi bildirilib.

Milli mətbuatda yer alan xəbərə görə, qəza kranın sınaq yüklənməsi zamanı meydana gəlib. Qəza anının 8 saniyəlik videosu isə sosial mediada sürətlə yayılıb.//moderator

Paylaş
Xəbər lentİ