Pandemiya Gürcüstan "maşın bazarını" da vurub

Oxunma sayı: 547
4-08-2020, 17:18

Pandemiya Gürcüstan "maşın bazarını" da vurub
Dünyada baş verən covid 19 pandemiyası bütün sahələrə ziyan vurub.
Arasdırma.info xəbər verir ki,Azərbaycana gətirilən avtomobillərin böyük əksəriyyəti Gürcüstan bazarından gəlirdi.Qafqazın və orta Asiyanın ən böyük avtomobil bazarı sayılan Rustavi bazarı çöküb.
Saytımızın Gürcüstan nümayəndəsinin verdiyi məlumata görə,bazara gətirilən avtomobillər əsasən Amerikadan gətirilir.Amerikadan gəmi ilə Poti və ya Batumi limanına və oradan da Rustavi bazarına gətirilən avtomobilləri bəzən elə həmin günü alırdılar.Bazarda çalışan sahibkar deyib ki,gündə 600-700 avtomobil satılırdı.Ukrayna,Belorusiya,Kazaxstan,Tacikistan,İran ,Türkiyə,Ermənistan və Azərbaycan bütün avtomobilləri daşıyıb aparırdı.Son 5ayda külli miqdarda avtomobil yığılıb qalıb.Artıq bazarda yer olmadığından sahibkarlar avtomobillərini həyətlərində saxlayırlar.Soğanlıq deyilən kənddə alverçilərin həyətində 15-20 avtomobil yığılıb qalıb.Onların sözlərinə görə,yolların bağlı olması digər respublikalardan avtomobil almağa gələnlərin biznesini də çökdürüb.Hamı ümidlə gözləyir ki,yollar açılsın.Bakı avtomobil bazarında da durğunluq hökm sürür.Avtomobil qıtlığı yaranıb.Qiymətlər isə bir o qədər də düşməyib.Əldə olan avtomobilləri heç kim ucuz satmaq istəmir.Çünki ,bilinmir yolların açılması nə nəticə verəcək.

Paylaş
Xəbər lentİ