Livan prezidentindən partlayışın səbəbi ilə bağlı gözlənilməz açıqlama! Raket, yaxud da bomba partlayışı…

Oxunma sayı: 552
7-08-2020, 15:34

Livan prezidentindən partlayışın səbəbi ilə bağlı gözlənilməz açıqlama! Raket, yaxud da bomba partlayışı…
Arasdırma.info xəbər verir ki, Livan Prezidenti Mişel Avn Beyrutda ammonium nitrat anbarının partlaması ilə bağlı belə deyib: “Səbəbi hələlik müəyyənləşdirilməyib. Hadisənin raket, yaxud da bomba partlayışı olmaq ehtimalı var”.

İndiyə qədər Livanın hökumət məmurları paytaxt Beyrutu xarabaya çevirmiş partlayışın səbəbinin 2750 ton ammonium nitratın alışması olduğunu, yanğının qəza nəticəsində baş verdiyini söyləyirdilər.

Partlayışla bağlı müxtəlif fərziyyələrin səsləndiyi bir zamanda Livan Prezidenti Mişel Avn gözlənilməz açıqlama verib. Livan mətbuatında yazılan xəbərlərə görə, Avn ammonium nitratın partlamasına səbəb olan xarici müdaxilədən şübhələnir. Açıqlamada deyilir: “Partlayışın səbəbi hələlik bəlli deyil. Raket, bomba partlayışı yaxud da başqa üsulla xaricdən müdaxilə ehtimalı var. Araşdırma aparılır”. Prezident eyni zamanda partlayışa məsul olan hər kəsin cavab verəcəyini söyləyib.//hurriyyet

Paylaş
Xəbər lentİ