Seçki başa çatdı: Lukaşenko liderdir - RƏSMİ

Oxunma sayı: 507
9-08-2020, 19:20

Seçki başa çatdı: Lukaşenko liderdir - RƏSMİ
Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Arasdırma.info RİA "Novosti"yə istinadla xəbər verir ki, komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82-nin səslərini toplayıb.

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.

***

21:22

Belarusda bu gün keçirilən prezident seçkilərində səsvermələr başa çatıb.

Publika.az məlumatına görə, "MİR" telekanalı tərəfindən keçirilən "exit poll"un nəticələrində Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi bildirilir.

Sorğunun nəticələrinə əsasən qeyd edilir ki, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb. Onun rəqibi, tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib.

***

20:36

Yerli vaxtla saat 18:00-a olan məlumata görə, Belarusda prezident seçkilərində seçici iştirakı 79% təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

"Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Çox vilayətlər artıq 80% sərhədi keçdi - faktiki olaraq, bütün vilayətlər, Minskdən və Minsk şəhərindən başqa", - Yermoşina bildirib.

Qeyd edək ki, ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. 36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verir. İyulun 14-də Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

ƏTRAFLI
Vestel
***

16:26

Belarus Mərkəzi Seçki Komissiyasının saat 14: 00-a olan məlumatına görə, prezident seçkilərində seçicilərin 65,19% səs verib. Bu da Belarusda seçkilərin baş tutduğunu göstərir.

***

10:05

Belarusda prezident seçkiləri başlayıb.

Ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 20:00-a qədər fəaliyyət göstərəcək.

07:17

***

Belarusda prezident seçkilərində əsas səsvermə günü bu gün keçiriləcək.

Publika.az xəbər verir ki, Belarus ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.

36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verə biləcək.

Belarusda başqa vətəndaşların əvəzinə səsvermə, hətta etibarnamə olduğu halda da yolverilməzdir. Əgər vətəndaş sağlamlığının vəziyyətinə görə və ya başqa üzrlü səbəbdən seçkilər günündə səsvermə məntəqəsinə gələ bilmirsə, onun həmin gün olduğu yer üzrə səsvermə təşkil olunacaq.

Qeyd edək ki, iyulun 14-də Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belorus Sosial-Demokratik Qramada” partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Paylaş
Xəbər lentİ