Rusiyada dəhşətli partlayış: ölənlərin tam sayı açıqlandı

Oxunma sayı: 631
4-01-2019, 10:00

Rusiyada dəhşətli partlayış: ölənlərin tam sayı açıqlandı
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Arasdirma.info Axar.aza istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

***

Maqnitoqorskda dağıntılar altından daha 3 nəfərin cəsədi çıxarılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından məlumat verilib.

“Çelyabinskdəki axtarış-xilasetmə işləri zamanı dağıntılar altından biri uşaq olmaqla 14 nəfərin cəsədi çıxarılıb”, - məlumatda qeyd olunub.

***

Dağıntılar altından daha 4 nəfərin cəsədi çıxarılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından bildirilib ki, cəsədlər arasında iki qadın, bir kişi və 3 yaşlı qız uşağı da var.

Bununla da ölənlərin sayı 18-ə çatıb.

***

Xilasedicilər dağıntılar altından daha 3 nəfərin cəsədini çıxarıb.

Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ölənlərin 28 nəfərə çatdığını açıqlayıb.

***

Xilasedicilər dağıntılar altından daha 3 meyit çıxarıblar və bununla da ölənlərin sayı 31 nəfərə qalxıb.

10 nəfərin axtarışları davam edir.

***

Dağıntılar altından daha bir qadın cəsədi tapılıb və ölənlərin sayı 32 olub. Ölənlərin arasında 6 uşaq da var.

9 nəfərin axtarışı davam edir.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi ölənlərin 37 nəfərinin cəsədinin tapıldığını açıqlayıb.

Axtarışlar davam edir.

***

Binanın uçan blokunun dağıntıları altında qalanların hamısı çıxarılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar nazirinin müavini Aleksandr Çupriyan məlumat verib.

“Biz bu gün sonuncu – 39-cu cəsədi dağıntılar altından çıxardıq. Təminat veririk ki, binanın altında daha insan yoxdur. FHN xilasetmə tədbirlərini həyata keçirir”, - deyə Çupriyan bildirib.

Paylaş
Xəbər lentİ