"Tik-Tok"dan 5 milyon qazandı - FOTO

Oxunma sayı: 534
12-08-2020, 17:40

"Tik-Tok"dan 5 milyon qazandı - FOTO
Amerikanın “Forbes” jurnalı "Tik-Tok" sosial şəbəkəsindən ən çox qazanan şəxslərin siyahısını hazırlayıb.

Arasdırma.info Axşam.az-a istinadən xəbər verir ki, siyahıda 1-ci yeri ABŞ-ın Luiziana ştatından olan 19 yaşlı rəqqasə Edison Rey İsterlinq tutub. O, 1 il ərzində 54 milyon izləyici toplayıb və bununla 5 milyon dollardan çox qazanc əldə edib.

Edison Rey "Tik-Tok" sosial şəbəkəsinin sayəsində “American Eagle” geyim istehsalçısı və “Spotify” internet xidməti ilə müqavilələr bağlayıb.

İkinci və üçüncü yerlərdə isə Los-Ancelesdən olan Çarli (4 milyon dollar) və Diksi D Amelio (2,9 milyon dollar) bacıları tutub.
"Tik-Tok"dan 5 milyon qazandı - FOTO
"Tik-Tok"dan 5 milyon qazandı - FOTO

Paylaş
Xəbər lentİ