Qartal min dollarlıq dronu vurub gölə saldı - FOTO

Oxunma sayı: 554
16-08-2020, 07:34

Qartal min dollarlıq dronu vurub gölə saldı - FOTO
ABŞ-da ağ başlı qartal havada uçarkən hökumətə məxsus pilotsuz uçuş aparatını (dron) vuraraq gölə salıb.
Arasdırma.info xəbər verir ki, hadisə Miçiqan ştatında qeydə alınıb. Məlumata görə, 1000 dollar dəyərindəki uçuş aparatı xəritədə sahil xəttinə yenidən düzəliş etmək üçün havaya qaldırılıb.

Bildirilir ki, aparat Eskanaba şəhəri ərazisində uçuş həyata keçirən zaman qartalın hücumuna məruz qalıb və o, Miçiqan gölünə düşüb.

Ehtimal edilir ki, yırtıcı quş, dronu ya rəqibə ya da ki, şikara bənzədib.//Avtosfer.az

Paylaş
Xəbər lentİ