Türkiyəli kişi ilə evli rus qadın və oğlu Londonda ölü tapılıb

Oxunma sayı: 488
28-08-2020, 22:38

Türkiyəli kişi ilə evli rus qadın və oğlu Londonda ölü tapılıb
Londonda yaşayan, əslən rus olan və türkiyəli bankirlə evli Yuliya Gökçədağ və onun oğlu yeddi yaşlı Timur Londondakı evlərində ölü tapılıblar.

Ekspertizanın müayinəsi zamanı məlum olub ki, uşaq suda boğulub, Yuliyanın özündə də boğulma izləri olub.

Polislərin ilkin qənaətinə görə, ana əvvəlcə oğlunu, sonra isə özünü öldürüb.

Qeyd edək ki, mart ayında həkimlər Yuliyada sinə xərçəngi aşkarlamışdılar. O, kimya terapiyası alırdı.

2011-ci ildə türkiyəli bankirlə evlənən rus qadın o vaxtdan Londona köçmüşdü. Onun nə vaxt öldüyü haqqında məlumat yoxdur.//Cahantv.az

Paylaş
Xəbər lentİ