Şok: Qarabağa silah tədarükünü deşifrə edən qızın ölümü...

Oxunma sayı: 525
31-08-2020, 17:05

Şok: Qarabağa silah tədarükünü deşifrə edən qızın ölümü...
Gürcüstanda Tiflis sakini Tamar Baçaliaşvilinin ölümü ətrafında skandal böyüyür.

Arasdırma.info xəbər verir ki, Baçaliaşvilinin valideynləri sensasion bəyanatla çıxış ediblər. Onlar qızlarının ölümünün Qarabağa silah tədarükü ilə bağlı olduğunu bildiriblər. Baçaliaşvilinin valideynləri bu tədarükü Gürcüstanın 3 yüksək vəzifəli məmuru ilə əlaqələndiriblər.

“Azərbaycan və Türkiyə rəsmilərini bununla maraqlanmağa və Gürcüstan hakimiyyətindən bu vəzifəlilərlə bağlı faylları tələb etməyə çağırıram. Mənim qızım təsadüfən onları açıb, Qarabağ müharibəsində silah təchizatı sxemini deşifrə edib”, – deyə Baçiaşvilinin anası Teona Tamazaşvili söyləyib.

Valideynlər, həmçinin Gürcüstan Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər. Onlar qızlarının öldürülməsi ilə bağlı peyk görüntülərinin yayılmasını istəyiblər.

Qeyd edək ki, Tamar Baçaliaşvili İT üzrə mütəxəssisdir. Qadın öz şəxsi avtomobili ilə 18 iyulda evdən çıxdıqıb və itkin düşüb. Onun cəsədi axtarışların beşinci günü Tetriçkaro rayonunda avtomobilinin arxa oturacağında aşkarlanıb. İstintaq 1,5 aydır davam edir və burada əsas versiya intihar göstərilir.

Gürcü mətbuatı isə Baçaliaşvilinin ölümündən bir müddət əvvəl Qarabağa silah tədarükündə Gürcüstanın 3 yüksək vəzifəli şəxsinin iştirak etməsinə aid məxfi fayllar ələ keçirdiyinə dair məlumat yayıb. Bu faylı ələ keçirdikdən sonra qadının ünvanına təhdidlər daxil olmağa başlayıb.//Axar.az

Paylaş
Xəbər lentİ