İsa Məsihin siması necə olub? – Yayılan foto etiraz yaratd

Oxunma sayı: 503
2-09-2020, 23:01

İsa Məsihin siması necə olub? – Yayılan foto etiraz yaratd
Türk əsilli livanlı şair Ömər Şəkr holland fotoqraf Bas Uterviyk tərəfindən süni intellektdən istifadə edərək çəkilən İsa Məsihin görüntüsünü Tvitterdə paylaşıb.

Teleqraf.com xəbər verir ki, fotodakı şəxsin görünüşü sosial şəbəkədə mübahisələrə səbəb olub.

Şəkr İsa peyğəmbərin ağdərili olmadığını bildirib: “Mən nə deyə bilərəm? O, mənim qohumlarım kimi görünür”.

O, eyni zamanda özlərini xristian hesab edən ağdərili irqçilərə gülməli göründüklərini yazıb: “Katolik ailəsində böyüdüm və hər zaman mavi gözlü, ağ saçlı İsa gördüm. Uşaq ikən bir şeyin səhv olduğunu hiss edirdim, amma nə olduğunu başa düşmədim. Çox yaxşı görünür”.


İyun ayında Kenterbörinin baş yepiskopu - Angilikan kilsəsinin ruhani lideri Castin Uelbi İsa Məsihin ağdərili olmadığını söyləyib: “İsa Yaxın Şərqdən idi, ağ deyildi. Bunu xatırlamağımız vacibdir”.

Paylaş
Xəbər lentİ