Trampı zəhərləmək istəyən şəxs saxlanıldı

Oxunma sayı: 301
21-09-2020, 06:03

Trampı zəhərləmək istəyən şəxs saxlanıldı
ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.

Arasdırma.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.

Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.

Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib

Paylaş
Xəbər lentİ