Yuri Sayutkin: “Rus, pravoslav xristian kimi bildirirəm ki, erməni KİV-in informasiyası yalandır” - VİDEO

Oxunma sayı: 336
8-10-2020, 23:46

Yuri Sayutkin: “Rus, pravoslav xristian kimi bildirirəm ki, erməni KİV-in informasiyası yalandır” - VİDEO

Son vaxtlar erməni KİV-də guya Azərbaycanda başqa milliyyətdən və konfessiyalardan olan şəxslərin təqibə məruz qalması barədə xəbərlər yayılıb.

Buna cavab olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Akdeniz Universiteti yanında Antalya Dövlət Konservatoriyasının dosenti Yuri Sayutkin “Facebook” səhifəsində erməni mətbuatının yalanlarını təkzib edən bir video mesaj hazırlayıb:

“Dövlətimin, doğma Azərbaycanımın öz əraziləri, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ üçün azadlıq müharibəsi apardığı bu çətin günlərdə müxtəlif erməni KİV-ləri guya digər dini konfessiyaların nümayəndələrinin Azərbaycan ərazisində hər hansı bir təzyiq və təqiblərə məruz qalması barədə yalan məlumatlar yayırlar.


“Bir rus, pravoslav xristian olaraq bu məlumatların tamamilə yalan və saxtalaşdırma olduğunu bildirirəm. Azərbaycan hər zaman digər millətlərin və dini konfessiyaların nümayəndələrinə böyük hörmətlə yanaşan çoxmillətli bir dövlət olub. Şəxsən mən və ailəm həyatımız boyu pravoslav kilsəsinə getmək imkanına sahib olmuşuq. Mənim dostlarım, digər millətlərin nümayəndələri, yəhudilər sakit şəkildə sinaqoqları ziyarət edə bilirlər”

Odur ki, erməni KİV-lərinin xristianlığın təqiblərdən qorunması ilə bağlı açıqlamalarının heç bir əsası yoxdur. Mən Azərbaycanı dəstəkləmək və bizim rəşadətli ordumuza uğurlar arzulamaq istəyirəm”.

[media=http://baku.tv/embed/25788]

Paylaş
Xəbər lentİ