Qırğızıstanın sabiq prezidentinə sui-qəsd təşkil edilib - VİDEO

Oxunma sayı: 289
9-10-2020, 22:34

Qırğızıstanın sabiq prezidentinə sui-qəsd təşkil edilib - VİDEO
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə qarşı sui-qəsd təşkil edilib.

REN TV xəbər verir ki, bu barədə onun köməkçisi Gündüz Joldubayeva məlumat yayıb.

“Keçmiş prezidentin avtomobili güllə atəşinə tutulub. Almazbek Şarşenoviş xəsarət almayıb”, - eks prezidentin köməkçisi yazıb.

A.Atambayevin “Mercedes” markalı gülləkeçirməz avtomobildə olduğu bildirilib.

İnsidentə münasibət bildirən A. Atambayev qeyd edib ki, məqsəd onu fiziki olaraq zərərsizləşdirmək olub.

Paylaş
Xəbər lentİ