Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni diversantlara baş çəkdi

Oxunma sayı: 305
10-10-2020, 05:26

Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni diversantlara baş çəkdi
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda əsirlikdə olan erməni hərbçilərə, o cümlədən diversiya cəhdi zamanı ələ keçirilən baş leytenant Qurgen Alaverdyana baş çəkiblər.

Arasdırma.info xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin mətbuat katibi Zara Amatuni açıqlama verib.

“Komitə nümayəndələri saxlanılan şəxslərin saxlanma şəraiti, sağlamlıq durumu ilə maraqlanıb, ailə üzvləri ilə danışmağa imkan yaradıblar”, – deyə açıqlamada vurğulanıb.//nokoment

Paylaş
Xəbər lentİ