O sərhədlərə heç vaxt qayıdış olmayacaq - Morozov

Oxunma sayı: 311
26-10-2020, 14:14

O sərhədlərə heç vaxt qayıdış olmayacaq - Morozov
Bu gün Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Dağlıq Qarabağda bunlar baş verir. Etiraf etmək istəsəniz də, istəməsəniz də (Vladimir Solovyova müraciət edir - red.) Azərbaycan Ordusunun hərbi uğurları var və davam edir.

Arasdırma.info Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rossiya-1 telekanalında “Vladimir Solovyovla bazar axşamı” verilişinin efirində Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili Oleq Morozov deyib.

Onun sözlərinə görə, bu gün bununla hesablaşmamaq mümkün deyil, status-kvo yoxdur və olmayacaq da: “Nə 27 sentyabra, nə o sərhədlərə, nə də hərbi-strateji qarşıdurma vəziyyətinə heç vaxt qayıdış olmayacaq. Azərbaycan hərbi uğurlarını addım-addım gücləndirəcək”.

Paylaş
Xəbər lentİ