İrəvandan Qarabağ ermənilərinə GÖSTƏRİŞ: Xankəndi və Şuşa tam boşaldılsın!

Oxunma sayı: 305
28-10-2020, 15:50

İrəvandan Qarabağ ermənilərinə GÖSTƏRİŞ: Xankəndi və Şuşa tam boşaldılsın!
Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı azsaylı erməni əhaliyə müraciət edib.
Arasdırma.info modern.az-a istinadən xəbər verir ki, Nazirlik Şuşa və Xankəndindəki ermənilərdən ərazini tam boşaltmağı tələb edib.

Nazirliyin rəsmisi Artsrun Ovannisyan sakinlərə bu addımın təhlükəsizlik məqsədilə atıldığını deyib. Bölgədə olan jurnalistlər isə Azərbaycan Ordusunun ciddi irəliləyişi fonunda hərbi əməliyyatların bu şəhərələrə yaxınlaşdığını söyləyib.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağda yaşayan 90 mindən artıq erməni mənşəli sakinin Ermənistan ərazisinə köçürüldüyünü açıqlamışdı.

Paylaş
Xəbər lentİ