ABŞ-da şok iddia: Trampın 287 milyon dollar borcu bağışlandı

Oxunma sayı: 303
28-10-2020, 16:34

ABŞ-da şok iddia: Trampın 287 milyon dollar borcu bağışlandı

New York Times qəzeti, ABŞ Prezidenti Donald Trampın 287 milyon dollar borcunun 2010-cu ildən bəri Çikaqodakı investisiya layihəsinin borclarını ödəmədiyi üçün bağışlandığını yazdı.

Arasdırma.info xarici mətbuata istinadən xəbər verirki,Trampın vergi qeydlərini təhlil edən New York Times, Chicagodakı Trump Otelinin maliyyə problemləri ilə üzləşdikdən sonra banklar və investisiya fondları tərəfindən Trampa asan ödəmə və əlavə vaxt təmin edildiyini və borclar ödənilmədiyi zaman 287 milyon dollar borcunun bağışlandığını iddia etdi.
Trampın açıqlamaqdan imtina etdiyi vergi qeydlərinə çatan New York Times, daha əvvəl Trampın şirkətlərinin itkisinin qazancdan çox olduğunu əsas gətirərək 10 il vergi ödəmədiyini və 2016 və 2017-ci illərdə hər birinə yalnız 750 dollar vergi ödədiyini yazmışdı.

Paylaş
Xəbər lentİ