Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat aparılıb

Oxunma sayı: 311
28-10-2020, 22:18

Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat aparılıb
Məşhur amerikalı aktyor Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat keçirilib.

Arasdırma.info xəbər verir ki, bu barədə 73 yaşlı aktyor özünün ınstagram səhifəsində yazıb. Bildirib ki, ürəyində aortal klapanı yenisi ilə əvəzləyiblər. Özünü fantastik hiss etdiyini və artıq Klivlendin küçələrində gəzdiyini qeyd edən Arnold məlumata xəstəxanada çəkilən fotoşəklini də əlavə edib.

Şvartsenegerin anadangəlmə ürək qüsuru var. O, ilk əməliyyatı 1997-ci ildə keçirmişdi: həmin vaxt ağciyər arteriyasının klapanını dəyişmişdilər. Təkrar əvəzləmə əməliyyatı 2018-ci ildə lazım gəlmişdi.//Azertac

Paylaş
Xəbər lentİ