İsrail İran qüvvələrinə hücum etdi - ÖLƏNLƏR VAR

19.11.2020 05:36 13
Mətn ölçüsü:
  • 100%
İsrail İran qüvvələrinə hücum etdi - ÖLƏNLƏR VAR
İsrail ordusu Suriya ərazisindəki İran qüvvələrinə, həmçinin Suriya hərbçilərinə zərbələr endirib.

Arasdırma.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

İsrail ordusunun Tvitter hesabında Qüds briqadasının Dəməşqdə yerləşən birləşməsinə zərbələr endirildiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyi hərbi mənbəyə istinadən İsrailin Suriya ərazisinə raket hücumları nəticəsində üç nəfərin öldüyünü yazıb.
Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00