Donald Trampın oğlu da koronavirusa yoluxdu

21.11.2020 08:35 14
Mətn ölçüsü:
  • 100%
Donald Trampın oğlu da koronavirusa yoluxdu
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampda COVID-19 aşkarlanıb.

Arasdırma.info "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, o özünü təcrid edib.

Mənbənin məlumatına görə, bu ötən həftə baş verib. Kiçik Trampın təmsilçiləri bildirib ki, onda koronavirusun əlamətləri müşahidə edilmir.

"Həftənin əvvəlində Donun testi müsbət nəticə verdi. O, bundan sonra kottejində özünü təcrid etdi. Onda qətiyyən simptomlar yoxdur, COVID-19 üzrə tibb müəssisəsinin tövsiyələrinə əməl edir", - deyə təmsilçisi bildirib.

Kiçik Tramp atasının "Trump Organization" şirkətinin vitse-prezidentlərindən biridir.

Xatırladaq ki, okyabrın 2-də ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melanya Trampda da COVID-19 aşkarlanıb. "Çox, hətta kiçik fasilələrsiz işləyən Xoup Xiks yenicə COVID-19 üçün müsbət test verdi. Dəhşət! Biz birinci xanımla öz testlərimizin nəticələrini gözləyirik. Beləliklə, biz karantin prosesinə başlayacağıq!" - deyə Tramp həmin vaxt bildirib.
Təsisçi: Ç.Qurbanoğlu
Tel: (+99455) 700 00 00